Geriyə Готовый ремонт

Siz apartamentləri daimi və müvəqqəti yaşayış yeri kimi istifadə edə bilərsiniz. Bununla yanaşı gəlir əldə etmək məqsədilə müəyyən müştərilərə icarəyə verə bilərsiniz. İcarəyə götürənlər özlərini evdəki kimi rahat hiss edəcək və yalnız hotellərdə ənənəvi olaraq təqdim olunan infrastruktur və xidmətlərlə təmin ediləcəklər.

Sərfəli investisiya
 Sərfəli investisiya

Lighthouse layihəsi əsası 1998-ci ildə qoyulmuş və bu müddət ərzində özünü etibarlı tərəfdaş kimi tanıtmağa nail olmuş beynəlxalq tikinti şirkəti TerraStruc tərəfindən həyata keçirilib. Bu şirkət Bakıda Four Seasons Hoteli, Trump Tower Hoteli, JW Marriott Hoteli kimi layihələrin tikintisində iştirak etmişdir.

Yüksək standartlar
Yüksək standartlar

Bezdirici şəhər mənzərəsindən qurtulub istirahət etmək istəyirsinizsə, evinizi tərk etməyə ehtiyac yoxdur. Siz burada gül bağçaları, abadlaşdırılmış çəmənliklər, dekorativ kollar və çoxlu ağaclarla əhatə olunursunuz. Öz şəxsi parkınızda istirahət edin və zövq alın.

Yaşıllıq
Yaşıllıq

Lighthouse sakinləri bizim peşəkar komandamızın təqdim etdiyi təmir xidmətləri və camaşırxanadan tutmuş keyterinqə qədər geniş xidmətlərdən yararlana bilərlər. Bütün suallarda yardım göstərmək üçün binada resepşn 24/7 sizin xidmətinizdə olacaq.

Resepşn xidmətləri
Resepşn xidmətləri

Yaşayış kompleksində su əsaslı istilik sistemindən istifadə edilir. Mənzillərin döşəmələrdən bütün sahə boyu bərabər istilənməsi insan sağlamlığı üçün münasib temperatur (+22° C ayaq səviyyəsində və +18° C baş səviyyəsində) yaratmaq imkanı verir. İstilik sistem və cihazlarının görünən hissələrinin olmaması mənzilləri dizayn baxımından daha da zərif edir.

İstilik sistemi
İstilik sistemi

Kompleksin ərazisində yaxta və katerlərin dayanması üçün estakada var.

Estakada
Estakada

Kompleksin ərazisinə gəldikdə avtomatlaşdırılmış nəzarət sistemi nəqliyyat vasitəsinin nömrəsini tanıyır və pultdan istifadəyə ehtiyac duymadan şlaqbaumu açır.

NBM
NBM

Bütün apartamentlər, mətbəx sahəsi daxil olmaqla, Avropa standartları səviyyəsində təmir olunmuş vəziyyətdə təhvil verilir. Sakinlər üçün mebel, məişət texnikası və tekstil kimi ev üçün lazım olan dəstləri sifariş etmək imkanı yaradılır.

Hazır təmirli
Hazır təmirli

Təhlükəsizlik — rahatlıq və dinclik deməkdir. Mühafizə sisteminin yüksəksəviyyəli strukturu sayəsində, biz kompleksin bütün perimetri boyunca əraziyə gecə və gündüz nəzarət edirik ki, siz və ailə üzvləriniz günün istənilən vaxtı özünüzü maksimum rahat hiss edəsiniz.

Təhlükəsizlik
Təhlükəsizlik

Kompleksdən 150 metr uzaqlıqda və 1,5 km sahil xətti boyunca yerləşən özəl çimərlik sakinlərin ixtiyarındadır. Siz istədiyiniz vaxt Xəzər dənizində üzə və ya günəşlənə bilərsiniz. Siz ailənizlə unudulmaz vaxt keçirəcək və ya sevdiyiniz insanla birlikdə burada olmaqdan zövq alacaqsınız.

Özəl çimərlik
Özəl çimərlik

Parkinq sahəsi 64 yer üçün nəzərdə tutulub. Bütün növ avtomobillər — altı aşağı olan idman avtomobillərindən tutmuş, geniş həcmli yolsuzluq avtomobillərinə kimi — burada rahatlıqla dayana bilər. Yaşayış yerinin yanında sakinlər və onların qonaqları üçün maşınlarını saxlaya biləcəkləri küçə dayanacağı da var.

Parkinq
Parkinq

Layihələndirmə prosesində premium-klass yaşayış kompleksinə uyğun olan qabaqcıl texnologiyalardan istifadə olunmuşdur. Binanın çöl divarlarında qaz-beton məsaməli bloklardan, eləcə də yüksək səs və istilik izolyasıyası göstəricilərinə, həmçinin ekoloji üstünlüklərə malik olan ikikameralı şüşə paketlərdən ibarət alüminium profillərdən istifadə olunur.

Enerji effektivliyi
Enerji effektivliyi

Binanın layihəsi hazırlanan zaman seysmik faktorlar nəzərə alınıb. Lighthouse Residence 9 ballıq zəlzələyə davamlıdır ki, bu da sakinlərimizin rahatlığı və təhlükəsizliyinin daha bir zəmanətidir.

Zəlzələyə davamlı
Zəlzələyə davamlı

Mərkəzləşdirilmiş kondisioner sistemi və tavandakı görünməyən digər qurğular rahatlığınızı təmin etməklə yanaşı, interyerlə bağlı yaradıcı ideyalarınızın həyata keçməsi üçün şərait yaradır.

Mərkəziləşdirilmiş kondisioner
Mərkəziləşdirilmiş kondisioner

Beynəlxalq «JARA» festivalı hər yay Bakıda Xəzər dənizi sahilində, Sea Breeze Resort istirahət mərkəzində keçirilir.

Uşaqlıqdan sevdiyimiz artistlər və yeni ifaçılar, yadda qalan çıxışlar və solo konsertlər, parlaq şou və unudulmaz fişənglər və daha nələr-nələr!

JARA
JARA

Sea Breeze-də uşaqlar üçün xüsusi olaraq yaradılan KIDS CLUB- sevinc adası yolunuzu gözləyir. Burada övladlarınız üçün hər zövqə və əhval-ruhiyyəyə uğun əyləncə növləri var. KIDS CLUB uşaqlarınızın təhlükəsizliyinə tam zəmanət verəb məkandır. KIDS CLUB- uşaqların təkrar-təkrar gəlmək istədikləri adadır.

Kids Club
Kids Club
Готовый ремонт